“Airbus” və “Silkway West Airlines” şirkətləri arasında iki A350F yük təyyarəsinin alınmasına dair strateji müqavilənin imzalanması mərasimində iştirak etməkdən məmnunam.
Ednews xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter“ hesabında paylaşım edib.
“Bu təyyarələr "Rolls-Royce" mühərrikləri və Böyük Britaniyada istehsal edilmiş qanadlarla təchiz olunub”, - paylaşımda qeyd olunur.