Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilmədiyi üçün bəraət alıb.
Ednews TASS-a istinadən xəbər verir ki, qərar paytaxtın Pervomaysk Rayon Məhkəməsi tərəfindən verilib.
Məhkəmə zamanı dövlət ittihamçısı keçmiş prezidentin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, A.Atambayev hazırda həbsdədir. O, əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib. Sabiq ölkə başçısı korrupsiyada ittiham edilirdi.