Son zamanlar keçmiş həyat yoldaşı Amber Heard ilə gündəmə gələn amerikalı aktyor Conni Deppin “Karib dənizinin quldurları” layihəsinə qayıdacağı fikri irəli sürülüb.
Ednews xəbər verir ki, Amber Heardın ona qarşı olan ittihamlarından sonra karyerası tənəzzülə uğrayan məşhur aktyora Disneyin 300 milyon dollarlıq yeni müqavilə təklif etdiyi açıqlanıb.
Bildirilir ki, Deppə təklif olunan layihə “Karib dənizinin quldurları”-davamı və Cek Sparrou personajının erkən həyatından bəhs edən Disney+ serialıdır.
Qeyd edək ki, məşhur aktyor 6 həftəlik məhkəməsi zamanı Cek Sparrou obrazını bir daha canlandırmayacağını desə də, studiyanın mümkün sövdələşməsindən ümidli olduğunu da bildirib.
Nəzrin Beydiyeva