Ağ Evin keçmiş aparat rəhbəri Mark Meadous-un köməkçisi, 26 yaşlı Cassidy Hutchinson, Nümayəndələr Palatasının Komitəsi qarşısında açıqlama verib.
Ednews xəbər verir ki, Hatçinson, Trampın Konqresə basqın edən tərəfdarlarının silahlı olduğunu və zorakılıq tətbiq etdiyini bildirib.
Hətta o, Trampın Konqres binasını zəbt edən etirazçılara qoşulmaq istədiyini və məxfi xidmətin ona icazə vermədiyini də deyib. Həmçinin, keçmiş prezident bu səbəbli avtomobil hərəkətdə olarkən sürücüyə fiziki müqavimət göstərib.
Hatçinson Trampın bunu sürücünü boğmaq üçün etdiyini bildirib.
Nəzrin Beydiyeva