Türkiyə İŞİD üzvünü Böyük Britaniyaya deportasiya edəcək - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Türkiyə İŞİD üzvünü Böyük Britaniyaya deportasiya edəcək

Dünya A- A A+
Türkiyə İŞİD-in "Beatles" adlı edam qruplaşmasının üzvü olduğu iddia edilən Eyn Devis adlı şəxsin bir neçə gün ərzində Böyük Britaniyaya deportasiya edəcək.
 
Ednews-un verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Middle East Eye” nəşri məlumat əldə edib.
 
Qeyd olunub ki, əslən Londondan olan Eyn Devis 2015-ci ilin noyabrında İstanbulda Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.
 
O, hazırda Ankaranın Sincan həbsxanasında saxlanılır, lakin artıq sərbəst buraxılmalı və iyulun 9-da Böyük Britaniyaya deportasiya edilməlidir.
 
Devislə eyni vaxtda həbs edilmiş və məhkum edilmiş digər iki nəfər isə artıq sərbəst buraxılıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...