Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Dünya A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

Ednews xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, - o bildirib.

Ərdoğan vurğulayıb: “Mən siyasətçiyəm, 40 illik təcrübəm var. Müxtəlif vəzifələrdə çalşımışam. Siyasət dava-dalaş içşi deyil. Siyasətdə dost qazanmaq üçün çalışmalısan. Nə qədər düşmən qazansan, o qədər itirərsən. Putinlə tanışlığımın müddəti daha çoxdur, nəinki Zelenski ilə. Ortada bir həqiqət var. Biz Ukrayna və Rusiyanın təmsilçilərini görüşdürdük və yeni mərhələ başlandı. Bundan sonra da həmin mərhələnin davam etməsini istəyirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...