Türkiyənin İzmir əyalətinin Ödemiş və Seferihisar rayonlarında meşədə yanğın olub.
Ednews-un verdiyi xəbərə görə, Seferihisarda yanğın əsasən nəzarət altına alınıb, havadan və qurudan müdaxilə davam edir.
Ödəmiş rayonunda yanğının söndürülməsi üçün isə hadisə yerinə İzmir Meşə Regional Müdirliyinə məxsus 4 helikopter, 3 təyyarə göndərilib.