İtaliya son 70 ilin ən quraq dövrünü yaşayır. Hökumət ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini təşkil edən Po çayını əhatə edən Emilia Romagna, Friuli Venezia Giulia, Lombardiya, Piedmont və Veneto bölgələrində quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib.
Ednews xəbər verir ki, hökumət həmçinin sözügedən bölgələrə 36,5 milyon avro yardımı təsdiqləyib.
Bildirilib ki, fövqəladə tədbirlər Po çayının və Şərqi Alp dağlarının su hövzələrini əhatə edən ərazilərdə həyata keçiriləcək.
Nəzrin Beydiyeva