Şri-Lanka parlamentinin deputatları Baş nazir Ranil Vikramasinqhadan ölkə prezidenti vəzifəsini icra etməyi xahiş edib.
Ednews xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti hökumətdəki yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Siyasi partiyalarda gedən müzakirələrdən sonra bir neçə deputat Baş nazirin prezident olmasını istəyib.
Qeyd edək ki, Şri-Lankanın dövlət başçısı Qotabai Rajapaksan ötən gün istefa verib.