Şri-Lanka prezidenti Qotabaya Rajapaksa ölkədən qaçdıqdan bir neçə saat sonra ölkədə fövqəladə vəziyyət elan edilib.
Ednews xəbər verir ki, Rajapaksa səhər tezdən beynəlxalq hava limanına gedərək "Antonov-32" tipli hərbi təyyarə ilə ölkəsini tərk edib.
Səlahiyyətlilərin açıqlamalarına görə, prezident həyat yoldaşı və mühafizəçisi də daxil olmaqla, ümumilikdə 4 sərnişinlə birlikdə Maldiv adalarına qaçıb.
Bildirilir ki, ölkəsindəki iqtisadi böhran səbəbilə başlayan etirazlar nəticəsində bu gün TBMM sədrinə istefa verəcəyini açıqlayan Rajapaksa ötən bazar ertəsi istefa məktubunu imzalayaraq hökumətə göndərib.
Nəzrin Beydiyeva