Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqda fövqəladə vəziyyətin yumşaldılması barədə fərman imzalayıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, ölkədə baş verən iğtişaşlarla əlaqədar olaraq Şavkat Mirziyoyev iyul ayının 3-də ölkədə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.
Fövqəladə vəziyyət avqustun 2-dək davam edəcək.
Xatırladaq ki, etirazların səbəbi kimi konstitusiyanın yanlış şərh edilməsi göstərilirdi.