Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek koronavirusa yoluxub.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat yayıb.
Habekin koronavirus üçün verdiyi testin cavabı müsbət çıxıb.
Nazirdə soyuqdəymə əlamətləri var və özünü təcrid edib.