İranda parlamentə yeni gələn qanun layihəsində ev heyvanlarının, o cümlədən pişik və itlərin saxlanmasına ciddi məhdudiyyətlər tətbiq olunmağa başlayıb.
Ednews xəbər verir ki, Tehran sakinləri üçün küçədə it gəzdirmək artıq “cəsarət”-ə çevrilib.
Bu qadağa “ictimai təhlükəsizliyin təmin edilməsi” üçün nəzərdə tutulan tədbir kimi xarakterizə olunur.
Paralel olaraq, aylarla davam edən müzakirələrdən sonra İran parlamenti eyni istiqamətdə qanun layihəsini qəbul etməyə hazırlaşır.
Qeyd edək ki, “Heyvanlara qarşı ictimai hüquqların qorunması” adı altında ev heyvanlarının sahibliyinin tam məhdudlaşdırılması gündəmdədir.
Yeni təqdim edilən qanun layihəsinə görə, ev heyvanına sahib olmaq yalnız xüsusi komitənin icazəsi ilə mümkün olacaq.
Heyvanları “satmaq, almaq, daşımaq və saxlamaq” minimum 800 dollardan başlayan cərimələrə məruz qalacaq.
Bu əhatə dairəsində olan heyvanlar arasında pişiklər, itlər, tısbağalar və dovşanlar da var.