20 illik həbsdən sonra bəraət qazanan Məhəmməd Əziz 40 milyon dollar təzminat tələbi ilə məhkəməyə müraciət edib
Ednews xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı Əziz iddiasında Nyu-York polisinin onun günahsız olduğunu sübut edən dəlilləri ört-basdır etdiyini və polisin bağlı olduğu şəhərdən təzminat tələb etdiyini deyib.
Keçmiş dəniz piyadası Əziz 1965-ci ildə həbsxanaya düşəndə 26 yaşında idi və altı uşaq atası idi.
Malcom 1965-ci ildə Nyu-Yorkda bal zalında izdiham qarşısında çıxış etməyə hazırlaşarkən ailəsinin gözü qarşısında üç nəfər silahlı şəxs tərəfindən öldürülüb.
Sui-qəsdlə bağlı olaraq Məhəmməd Əziz, Halil İslam və Tomas Hoqan daha iki nəfərlə birlikdə ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, qərar maddi sübutların olmaması, şahidlərin ziddiyyətli ifadələri, qətli törətdiyini etiraf edən Hoqanın Məhəmməd Əziz və Halil İslamın sui-qəsdlə heç bir əlaqəsi olmadığını deməsinə baxmayaraq verilib.