Ukrayna nümayəndə heyəti İstanbula gəlib - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ukrayna nümayəndə heyəti İstanbula gəlib

Dünya A- A A+

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyəti taxıl məsələsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gəlib.

Ednews xəbər verir ki, bu barədə Nazirliyin "Telegram" səhifəsində məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Ukrayna tərəfi BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

"Görüş zamanı diqqət mərkəzində qida ixracı ilə bağlı dəniz limanlarını blokdan çıxarmaq və gəmilərin təhlükəsizliyini təmin etmək üçün BMT-nin təşəbbüsü dayanır. Baş katib Ukrayna limanlarının blokadadan çıxmasını dəstəklədiyini bildirib və əmin edib ki, təhlükəsizlik BMT-nin danılmaz prioritetidir. Təşkilat öz növbəsində bu prinsipə bütün iştirakçılar tərəfindən riayət olunmasını təmin etmək üçün əlindən gələni edəcək", - Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...