İngiltərədə ötən mövsümün ən güclü komandası müəyyənləşdiriləcək - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

İngiltərədə ötən mövsümün ən güclü komandası müəyyənləşdiriləcək

Dünya A- A A+
Bu gün İngiltərədə ötən mövsümün ən güclü komandası müəyyənləşəcək.
 
Ednews xəbər verir ki, İngiltərə Superkuboku uğrunda matçda son kubokun qalibi "Liverpul"la son ölkə çempionu "Mançester Siti" üz-üzə gələcək.
 
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşə qədər "Liverpul" bu titulu 15, "Siti" 6 dəfə qazanıb.
 
Bu matçda "Liverpul"da braziliyalı qapıçı Alison qarın ağrısına, portuqaliyalı Dioqu Jota əzələ zədəsinə görə oynaya bilmyəcək. Aleks Oksleyd-Çemberleyn də mövsümöncəsi Asiya turnesi zamanı zədə alıb. Həmçinin, yunan müdafiəçi Kostas Tsimikasın oynaması sual altındadır.
 
"Şəhərlilər"də isə ciddi itki yoxdur. Yalnız İspaniya millisinin mərkəz müdafiəçisi Aymerik Laportun zədəyə görə meydana çıxmayacağı dəqiqdir. Fransalı sol cinah müdafiəçisi Benjamen Mendi isə ona qarşı qaldırılmış zorlama maddəsi ilə cinayət işi üzrə oynaya bilməyəcək.
 
Qeyd edək ki, bu görüş Lester şəhərinin "Kinq Pauer" stadionunda olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...