Ukrayna Kanadadan əlavə 350 milyon dollar kredit alacaq - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ukrayna Kanadadan əlavə 350 milyon dollar kredit alacaq

Dünya A- A A+

Ukrayna Nazirlər Kabineti Kanadadan kredit cəlb etməklə dövlətin xarici borclanmasının həyata keçirilməsinin əsas şərtlərinə dəyişikliklər edib.

Ednews xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərar layihəsi Maliyyə Nazirliyi tərəfindən Ukrayna və Kanada arasında kredit sazişi çərçivəsində güzəştli kreditlərin məbləğinin 0,45 milyard Kanada dolları (ekvivalentində 0,351 milyard ABŞ dolları) artırılması məqsədilə hazırlanıb.

Nəticədə kreditin məbləği 1,45 milyard Kanada dolları - 1,131 milyard ABŞ dolları təşkil edəcək. Kreditin ödəmə müddəti 10 il, faiz dərəcəsi illik 1,69% təşkil edir.

Vəsait dövlət büdcəsinə prioritet xərclərin maliyyələşdirilməsinə, xüsusilə də sosial və humanitar ödənişlərin təmin edilməsinə yönəldiləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...