“Ermənistan Azərbaycanın qərbi ilə Naxçıvan arasında əlaqəni (Zəngəzur dəhlizi) təmin etməyə hazırdır”.
Ednews xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.
Qeyd edək ki, Paşinyan çıxışı zamanı Qarabağ ətrafındakı vəziyyəti “son dərəcə çətin” adlandırıb və qeyd edib ki, Ermənistandan olan hərbçilər Qarabağda xidmət etmir.