“Ryanair” ucuz bilet satışını dayandıracaq - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Ryanair” ucuz bilet satışını dayandıracaq

Dünya A- A A+
İrlandiyanın aşağıbüdcəli “Ryanair” aviaşirkəti daha 1-10 avro dəyərində biletlər satmayacaq.
 
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Maykl O'Liri bildirib.
 
“Şübhəsiz ki, 1, 0,99 və hətta 9,99 avro dəyərində biletlər bazardakı ən ucuz biletlər idi. Düşünürəm ki, növbəti bir neçə onillikdə belə təkliflər olmayacaq. 10 avrodan ucuz biletlər dövrü arxada qaldı”, - O'Liri deyib.
 
O, qiymət artımının aviasiya yanacağının bahalaşması ilə əlaqədar olduğunu etiraf edib.
 
Şirkət rəhbərinin sözlərinə görə, yaxın 5 il ərzində biletlər üçün orta qiymət 50 avro civarında olacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...