Qəza keçirən aktrisa vəfat etdi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Qəza keçirən aktrisa vəfat etdi

Dünya A- A A+

Avtomobil qəzası nəticəsində xəstəxanalıq olan 53 yaşlı Hollivud ulduzu Enn Heç vəfat edib.

Ednews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aktrisanın ailəsi məlumat yayıb.

Xatırladaq ki, Enn avqustun 6-da qəza törədib: əvvəlcə yaşayış kompleksinin qarajına, sonra isə evə çırpılıb. Nəticədə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun içkili olduğu bildirilsə də müayinə zamanı qanında spirt aşkarlanmayıb. Lakin onun orqanizmində kokain izləri müəyyən edilib.

Qeyd edək ki, Annın şöhrətinin zirvəsi 1990-cı illərin sonlarına təsadüf edir. O, "Vulkan", "Donni Brasko", "Keçən yay nə etdiyini bilirəm", "Vaq" və "Altı gün, yeddi" kimi ekran işlərində yer alıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...