Bu gün yerli vaxtla saat 06.18 və 06.24 radələrində Türkiyədə 5 maqnitudalı zəlzələlər baş verib.
Ednews-un xəbərinə görə, zəlzələnin ocağı Kuşadası körfəzində, İzmirin Menderes rayonu sahillərində olub.
Zəlzələ İzmir, Aydın və digər vilayətlərdə hiss edilib. Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) dağıntı və tələfat olmadığını açıqlayıb.
***
Türkiyədə zəlzələ baş verib.
Ednews xəbər verir ki, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar İzmirin Menderes rayonunda 5 bal gücündə hiss edilib.
Zəlzələ Yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Kuşadası körfəzi sahilində yerləşən şəhərdə böyük ölçüdə hiss edilən zəlzələnin fəsadları barədə məlumat verilməyib.