Conson yaşadığı evdən əşyalarını daşımağa başladı - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Conson yaşadığı evdən əşyalarını daşımağa başladı

Dünya A- A A+
Britaniyanın baş naziri və həyat yoldaşı Kerri iki övladı ilə birlikdə Londonun cənubundakı Dauliç rayonuna köçməyi düşünür. Ednews xəbər verir ki, bu barədə informasiyanı “The Evening Standard” nəşri yayıb. Mənbə yazır ki, bazar ertəsi avqustun 15-də Dauninq küçəsində ev əşyalarını daşımaq üçün furqonlar görünüb. İngilis mediasına görə, Boris Conson ailəsi ilə birlikdə köçməyə başlayıb. “İndi onların Uilfred və Romi adlı övladları olduğuna görə, böyük bağı olan bir evə ehtiyacları var. Dauliç təklif olunan məkan hesab edilir”, - mənbə The Sun-a bildirib. Rightmove” saytına görə, bu ərazidə evin orta qiyməti 1,8 milyon funt sterlinqdən bir qədər çoxdur.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...