ABŞ-da 3 polis şübhəli hesab etdikləri şəxsi dayanacaqda döyərək ölümcül vəziyyətə salıb.
Ednews "Haber7"-ə istinadən xəbər verir ki, hadisə daha əvvəl qeydə alınan "Corc Floyd" məsələsini xatırladıb.
Xatırladaq ki, qaradərili vətəndaş Corc Floyd Amerika polisi tərəfindən vəhşicəsinə qətlə yetirilənlərdən biri idi.
Son görüntülərin oxşar olması “ABŞ-da heç nə dəyişməyib” kimi narazılıqlara səbəb olub.
Qeyd edək ki, şəxsə polislər tərəfindən bir neçə dəfə yumruq vurularaq başı beton döşəməyə çırpılıb.
Hadisə küçədki kameralar tərəfindən lentə alınıb.
Nəzrin Beydiyeva