Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı

Dünya A- A A+

Hindistanda 82 uşaqda "pomidor qripi" aşkarlanıb.

Ednews "qafqazinfo"ya istinadən xəbər verir ki, "The Lancet" jurnalının dərc etdiyi hesabatda, yoluxmanın ilk dəfə Hindistanın Kerala əyalətinin Kollam şəhərində görüldüyü paylaşılıb.

Hesabatda virusun vilayətin Ançal, Aryankavu və Neduvathur rayonlarında 5 yaşdan kiçik uşaqlarda müşahidə edildiyinə dair məlumatlar yer alıb.

Bundan başqa, Odişa ştatında 1-9 yaşlı 26 uşaqda infeksiya aşkarlanıb və yoluxma sayı 82-yə çatıb.

Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq ediblər.

 

Adını dəridəki qırmızı qabarcıqlardan alan "pomidor qripi" qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.

Hələlik xəstəliyin müalicə üsulunun olmadığı bildirilir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...