“NATO-ya üzv olan müttəfiq dövlətlər daha təhlükəli dünyada yaşadığı vaxtda müdafiə xərclərinə daha çox sərmaye qoymağa ehtiyacları var”.
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Ednews-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Britaniyanın Sky news telekanalına müsahibəsində Stoltenberq qeyd edib ki, o, keçmiş siyasətçi kimi hər zaman səhiyyə, təhsil və infrastruktura maliyyə yatırmağı zəruri hesab edib.
Lakin o, müdafiə və təhlükəsizliyin də ölkələrin inkişafında vacib amillər olduğunu da bildirb.
“Rusiya Prezidenti Vladimir Putinin Avropada suveren dövlətə və dinc xalqa qarşı təcavüzünü və NATO- nun üzvlərinə təhdidlərini gördüyümüz halda müdafiə xərclərini daha da çox artırmalıyıq”.
Baş katib deyib ki, Böyük Britaniya və ABŞ ÜDM-nin 2%-dən çoxunu - NATO-nun əsas göstəricilərinə uyğun olaraq müdafiəyə xərcləyir, eyni zamanda o, əlavə edib ki, alyans ölkələri birlikdə daha çox iş görməlidir.
Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəni 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqı və Moskvanın şərqi Donbass bölgəsində separatçı qüvvələri yerləşdirməsi və onlara dəstək verməsi ilə başlatdığını bildirib.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi bu ilin fevral ayında yox, 8 il bundan əvvəl başlayıb”.