İndoneziyanın Qərbi Sumatra əyalətində 6,4 bal gücündə zəlzələ baş verib.
Ednews DailyMailə istinadən xəbər verir ki, hadisə Mentavay adasından 116 kilometr şimal-qərbdə qyedə alınıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (UNSC) yerli vaxtla saat 10:29-da baş verən zəlzələnin dərinliyini 10 kilometr olduğunu açıqlayıb.
Rəsmilər sunami təhlükəsinin olmadığını bildiriblər.
Nəzrin Beydiyeva