30 Avqust Zəfər Bayramı Şimali Kipr Türk Cümhuriyyətində də mərasimlərlə qeyd olunacaq.
Ednews xəbər verir Ulu öndər Mustafa Kamal Atatürkün komandanlığı altında qələbə ilə başa çatan Böyük Hücumun xatirəsinə Türkiyə Respublikasında və Şimali Kipr Türk Cümhuriyyətində rəsmi və milli bayram kimi qeyd olunan 30 avqustun 100-cü ildönümü ilə bağlı bütün rayonlarda mərasimlər keçiriləcək.
30 Avqust Zəfər Bayramı törənləri Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri və Kipr Türk Sülh Qüvvələri komandanı general-mayor Sezai Öztürkün müşayiəti ilə saat 08:45-də təbriklərin qəbulu ilə başlayacaq.