“Suriyada Nə Vaxt Əməliyyat Keçiriləcəyinə Türkiyə Qərar Verəcək” Fəxrəddin Altun

Dünya 16:50 29.08.2022
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Norveçin aparıcı qəzetlərindən olan Aftenposten-in suallarını cavablandırıb.
 
Ednews xəbər verir ki, bu barədə  Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
 
F.Altun Suriyada YPG-yə qarşı hərbi əməliyyatın nə vaxt başlayacağı ilə bağlı suala cavabında bildirib ki, PKK-YPG terror təşkilatı həm türk əsgərlərinə, həm də Türkiyənin himayəsində olan suriyalı mülki əhalinin yaşadığı ərazilərə hücumlar təşkil edib.
 
Türkiyə üçün prioritet məsələnin vətəndaşlarının təhlükəsizliyi olduğunu söyləyən Altun bunun bir parçası olaraq regional sülh və sabitliyin vacibliyini vurğulayıb və “Əməliyyatın nə vaxt başlayacağına Türkiyə qərar verəcək”, – deyə bildirib.
 
“Türkiyə hərbi əməliyyata Rusiya hakimiyyətinin razılığı və ya dəstəyi olmadan başlaya bilərmi?” sualına cavabında isə Altun Türkiyə-Rusiya münasibətlərinin köklü bir tarixə malik olduğunu, eyni zamanda son dərəcə real olduğunu qeyd edib.
 
Bir çox sahədə yaxşı münasibətlər olsa da, iki suveren dövlətin hər bir məsələdə tam razılığa gəlməməsinin normal olduğunu bildirən Altun bunları deyib:
 
“Suriya məsələsində də böhranın mahiyyəti və mümkün çıxış yolu ilə bağlı fərqli yanaşmalar ola bilər. Bununla belə, biz hesab edirik ki, terrorizmlə mübarizə regionda sülh və sabitlik istəyən bütün dövlətlərin ortaq məxrəcidir.
 
Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə artıq öz maraqlarını ön planda tutan dövlətə çevrilib. Son illərdəhamı bunun şahidi olub. Təbii ki, müvafiq dövlətlər arasında müəyyən fikir mübadiləsi aparılır. Ancaq günün sonunda Türkiyənin atacağı heç bir addım heç kimin icazəsi və ya razılığına tabe deyil”.
 
Türkiyənin Finlandiya və İsveçin üzvlüklərinin rəsmi olaraq təsdiqi üçün bir tarix verib verməməsi ilə bağlı suala isə F.Altun belə cavab verib: “Madrid zirvəsi çəçivəsində imzalanan üçtərəfli memorandumla Türkiyə Finlandiya və İsveçin NATO-ya dəvətedilməsinə etirazını geri götürüb, lakin proses hələ tamamlanmayıb.
 
İsveç və Finlandiya Madriddə verdikləri sözlərə əməl etməlidirlər. Verilən vədlərin tutulduğuna əmin olsaq, üzvlükləri təsdiqlənəcək. Halhazırda Türkiyə Böyük Millət Məclisi işləmir. Ona görə də bu gün konkret bir tarixdən danışa bilmərik.
 
Türkiyənin Finlandiya və İsveçdən iki əsas gözləntisi var. İlk növbədə, NATO-nun təmsil etdiyi müttəfiqlik ruhuna zidd olduğunu əsas gətirərək, müdafiə sektoru ilə bağlı sanksiyaları ləğv etmələrini istədik. İkinci məsələ isə Türkiyəni təhdid edən terror təşkilatlarına qarşı konkret addımlar atmaları idi. Bu çərçivədə həm PKK-YPG, həm də 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edərək 251 nəfəri qətlə yetirən FETÖ üzvlərinə sığınacaq verməmələrini tələb etdik. İsveç və Finlandiya bu tələbləri yerinə yetirəcəklərini bəyan etdilər. Hazırda vəziyyəti qiymətləndiririk”.
 
O, Türkiyənin Finlandiya və İsveçlə bağlanmış müqavilə çərçivəsində İsveçə təqdim etdiyi, ekstradisiya etmək istədiyi şəxslərin siyahısında neçə nəfər olduğu sualı ilə bağlı qeyd edib ki, məsələyə kəmiyyət deyil, keyfiyyət baxımından baxılır.
 
“Madriddə imzalanan memorandum əsasında Ədliyyə Nazirliyi hər iki ölkəyə lazımi rəsmi tələblər göndərib. Bu tələblər arasında daha əvvəl rədd edilən ekstradisiya tələblərinin bəzilərinin yenidən araşdırılması da var.
 
Keçmişdə rədd edilən tələblər də ölkələr arasındakı mövcud razılaşmalara ziddir. Gözləntimiz İsveç və Finlandiyanın Türkiyəni müttəfiq olaraq gördüklərini və bunun üçün lazım olan addımları atacaqlarını sübut etmələridir”, – Altun bildirib.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
Hamısı