NATO 30 Avqust Qələbə Günü münasibəti ilə paylaşdığı postu silib.
Ednews "Hürriyet"-ə istinadən xəbər verir ki, hadisəyə əsas səbəb Yunanıstanın paylaşıma sərt reaksiya göstərməsidir.
Paylaşım NATO-nun rəsmi hesabından sosial şəbəkədə paylaşılıb.
Türk əsgərlərinin fotosu əks olunan paylaşımda türkcə “Zəfər bayramınız mübarək”,-deyə yazı qeyd edilib.
Yazının davamında "Bu gün Türkiyənin müstəqilliyinin 100-cü ildönümüdür. Zəfər və Türk Silahlı Qüvvələri Bayramı qeyd etmələrində NATO və onun hüdudlarından kənarda türk müttəfiqlərimizin yanındayıq" sözləri yazılıb.
NATO-nun yuxarıda qeyd etdiyimiz paylaşımı Yunanıstan mediasında geniş əks-səda doğurub.
Bir çox qəzet də bu yazıya reaksiya verib.
Həmin qəzetlərdən biri olan “Ta Nea” qəzeti “NATO bombası: 1922-ci ildə Yunanıstan üzərində qazandığı qələbə münasibətilə Türkiyəni təbrik etdilər” başlığı ilə xəbəri oxucularına təqdim edib.
Nəzrin Beydiyeva