İranda “Fokker” tipli sərnişin təyyarəsi Şiraz hava limanına məcburi eniş edib.
Ednews “Entekhab”-a istinadən xəbər verir ki, İranın paytaxtı Tehrandan Buşehrə getmək üçün havaya qalxan Fokker tipli sərnişin təyyarəsində texniki nasazlıq yaranıb.
Qeyd edək ki, təyyarə İranın Aseman Hava Yollarına məxsusdur.
Sərnişinlərin səhhətinin yaxşı olduğu bildirilib.
Nəzrin Beydiyeva