Çində baş verən zəlzələdə ölənlərin sayı artıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Çinin Siçuan əyalətində baş verən 6,6 bal gücündə zəlzələdə ölənlərin sayı 74-ə çatıb.
Zəlzələdə 259 nəfərin yaralandığı qeyd edilib. Yaralıların xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.
Fəlakət nəticəsində bir neçə inzibati və sosial bina ilə yanaşı, yüzlərlə fərdi evə ciddi zərər dəyib. Zəlzələdən zərər çəkənlərə ərzaq yardımı edilir.