Fransa ANAMA-ya minatəmizləmə prosesində istifadə olunan alətlər dəsti təqdim edib.
Ednews xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter“də bildirib.
“Fransa Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək yüksək keyfiyyətli 300-dən çox minalardan təmizləmə alətini ANAMA-ya təqdim edib”, - diplomat qeyd edib.