Böyük Britaniya Kraliçası II Elizabet bu gün 96 yaşında Şotlandiyadakı Balmoral qəsrində vəfat edib.
Ednews BBC-yə istinadən xəbər verir ki, Bukinqem sarayı onun ölümü ilə bağlı rəsmi məlumat yayıb.
Kraliçanın övladı və nəvəsi Şahzadə Uilyam onunla vidalaşmaq üçün Balmoral qəsrinə gəliblər.
Qeyd edək ki, o, Böyük Britaniya taxtında olduğu 70 ildə planetin ən məşhur qadını olub. lI Elizabet 15 keçmiş ingilis koloniyasını əhatə edən Birlik Kraliçası adını daşıyıb..
Kraliçanın ölümündən sonra böyük oğlu Çarlz yeni monarx olacaq. Ənənəyə görə, yeni monarxın tacqoyma mərasimi taxta çıxdıqdan 1 il sonra baş verir.