Ermənistan müxalifəti parlamenti BAYKOT ETDİ - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

Ermənistan müxalifəti parlamenti BAYKOT ETDİ

Dünya A- A A+

Ermənistanda müxalifət fraksiyası parlament sessiyalarında iştirak etməkdən imtina edib.

Ednews xəbər verir ki, bu barədə müxalif “Hayastan” fraksiyasının bəyanatında bildirilir.

“Əminik ki, hakimiyyət dəyişikliyi zəruri şərtdir və bu halda ancaq ölkəmizin qarşısında duran problemləri həll etmək, sınaqlardan çıxmaq, məğlubiyyət səhifəsini bağlamaq və rüsvay olunmuş vəziyyətdən azad olmaq olar.

Ermənistan özünü dünyaya məğlubiyyət və rüsvayçılıq simvolu olan sima ilə təqdim edə bilməz. Yalnız Ermənistanın maraqlarını təmsil edən yeni danışıqlar aparan şəxs real və ləyaqətli sülhü təmin edə və ölkəmizi inkişaf yoluna apara bilər. Bu səbəbdən, “Hayastan” fraksiyası yeni bir dəyişikliyə qədər Milli Məclisin sessiyalarında iştirak etməkdən imtina edir”, - deyə bəyanatda qeyd ounur.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...