Yaponiya Meteorologiya İdarəsi (JMA) ölkənin cənubunda yerləşən Kyuşu bölgəsində gözlənilən Nanmadol qasırğasına qarşı 5-ci səviyyəli xəbərdarlıq edib.
Ednews "Daily Mail"-ə istinadən xəbər verir ki, xəbərdarlıq çərçivəsində 1,94 milyon ev və 4 milyon 30 min insan üçün təxliyə çağırışları edilib. Xəbərdarlıq zamanı həmçinin, “görünməmiş fırtına”nın bölgədəki Kaqoşima əyalətində rekord miqdarda yağıntıya səbəb olacağı da vurğulanıb.
Hava Limanında uçuşlar üçün nəzərdə tutualn 500 səfər ləğv edilib.
Bildirilib ki, bu il ölkədə baş verən 14-cü “Nanmadol” tayfunu Şikoku və Çuqoku bölgələrində də yağıntıya səbəb olacaq. Yaponiya Hava Yolları və ölkənin ən böyük şirkətlərindən biri olan "All Nippon Airways", ümumilikdə 500-dən çox reysin ləğv edildiyini açıqlayıb.
Nəzrin Beydiyeva