Amerikalı özünü Qana şahzadəsi kimi təqdim etdi: Küllü miqdarda pul qazandı - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

Amerikalı özünü Qana şahzadəsi kimi təqdim etdi: Küllü miqdarda pul qazandı

Dünya A- A A+

ABŞ-ın Ohayo ştatının sakini Qana şahzadəsi olduğunu iddia edərək insanları aldadıb.

Ednews xəbər verir ki, Deril Robert Harrison adlı şəxs bu yolla 14 investorun hərəsindən 800 min dollar əldə edib.

Yerli polisin məlumatına görə, 44 yaşlı Deril özünü şahzadə kimi təqdim edərək Afrika mədən və nəqliyyat şirkətləri üçün investorlar axtardığını bildirib. Amerikalı bu şirkətlərlə birbaşa əlaqələri olduğunu iddia edib və investisiyaların 28-33 faiz gəlir gətirə biləcəyini qeyd edib.

Aldatdığı investorlardan aldığı pulu isə Deril avtomobillər almağa və malikanə kirayə götürməyə xərcləyib.

Harrison dələduzluqda təqsirli bilinib və hazırda həbsdədir, məhkəmənin hökmünü gözləyir. Ona 20 ilə qədər həbs cəzası verilə bilər.

Gazeta.ru



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...