Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən imtina edib - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən imtina edib

Dünya A- A A+
Rumıniya Xarici İşlər Nazirliyi "Russia Today" kanalının əməkdaşlarına viza verilməsindən imtina edilməsi məsələsinə aydınlıq gətirib. Ednews APA-ya istinadən xəbər verir ki, jurnalistlər Beynəlxalq Rabitə İttifaqının Buxarestdə keçirilən konfransını işıqlandırmalı idilər. Nazirlik bildirir ki, Rusiya XİN-in sorğusu əsasında 17 vəzifəli şəxsə viza verilib. Lakin "Russia Today" kanalının 14 əməkdaşının Rusiyanın Rabitə və Rəqəmsal İnkişaf Nazirliyinin vəzifəli şəxsləri kimi təqdim edilməsi qanunauyğun deyil. Rumıniya tərəfi hesab edir ki, 14 nəfərə vizadan imtina edilməsi Rusiyanın maraqlarına toxunmur və nümayəndələr tədbirdə lazımi qaydada iştirak ediblər. , chox gt ə


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...