Aktyor Silvestr Stallone və arvadı Cennifer Flavin boşanmayacaqlar.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Page Six” portalı yayıb.
Nəşr yazır ki, ər-arvad fikir ayrılıqlarını aradan qaldıra biliblər.
“Onlar evdə görüşmək qərarına gəliblər və fikir ayrılıqlarını həll ediblər. Hər ikisi çox xoşbəxtdir”, - deyə aktyorun nümayəndəsi bildirib.
Cütlük boşanma prosesinə xitam verilməsi üçün məhkəməyə müraciət edib.
Stallone və Flavin 1997-ci ildə evlənib və üç qızı var.