Xəbər verdiyimiz kimi, Qəzvində güneyli gənc Cavad Heydəri hökumət əleyhinə etirazlar zamanı İran rejiminin təhlükəsizlik qüvvələrinin baş nahiyəsindən açdığı atəşlə güllələnərək öldürülüb.
Ednews xəbər verir ki, 36 yaşlı Cavad Heydərinin fotosu “Telegram” kanallarında yayılıb.
Qeyd edək ki, bir neçə gün öncə Məhsa Əmini adlı 22 yaşlı qız ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib. Bu səbəblə ölkə miqyasında etiraz aksiyaları keçirilir.