Tehranlı qadınlar "Molotov kokteyli" (red.- kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka) hazırlayır.
Ednews xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
Belə ki, sosial mediada yayılan görüntülərə əsasən, ötən gecə Tehranın 7-ci məhəlləsində İran rejiminə etiraz edən qadınlar küçələrdə “Molotov kokteyli” hazırlayaraq nümayişçiləri güllə və gözyaşardıcı qazla hədəfə alan təhlükəsizlik qüvvələrinə qarşı vuruşublar.