İranda keçirilən etiraz aksiyalarının miqyası genişlənməkdədir.
Ednews “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, İranın Çabəhar şəhərində dövlət idarələri etbik bəluç etirazçıların əlinə keçib və hazlrda şəhər əhalinin nəzarəti altındadır.
Qeyd edək ki, bir neçə gün öncə “Əxlaq” polisi tərəfindən qətlə yetirilən 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkə miqyasında etiraz aksiyaları keçirilir.
Nümayişlərdə 80-ə yaxın insan hökumət qüvvələri tərəfindən öldürülüb.