İranın rabitə naziri “WhatsApp” və “İnstagram”a qoyulan qadağanın daimi olacağına dolayı işarə edib.
Ednews verir ki, bu barədə İran KİV-də məlumat yayılıb.
Bildirilib ki, İranın rabitə naziri sosial medialara Amerikan seqmenti olan iğtişaşlar platformasına çevrildiyi üçün məhdudiyyətlər qoyulub.
“Nə qədər ki, bu platformalar ölkəyə ziyan vurur, onlara qoyulan məhdudiyyətlər davam edəcək. İnsanlar öz bizneslərini İslam Respublikasının siyasi qanunlarına uyğun olmayan mühitdə planlaşdırmamalıdırlar”,-deyə nazir bildirib.
Xatırladaq ki, bütün dünyada olduğu kimi İranda da insanlar internet vasitəsilə öz işlərini və bizneslərini idarə etdikləri üçün məhdudiyyətlərin tətbiqi ilə bizneslərini də itiriblər.