İran İslam Respublikasının Madriddəki səfiri Həsən Qaşqavi “İranda etirazların zorakılıqla yatırılmasına” görə İspaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ednews xəbər verir ki, bu barədə İspaniya XİN bəyanat yayıb.
“Biz dinc nümayişlərə qarşı zorakılıqdan istifadəni pisləyirik. İslam Respublikasının səlahiyyətliləri jurnalistlərin həbsinə son qoymalı və onların necə öldükləri ilə bağlı aydın araşdırma aparmalıdır” – deyə bəyanatda qeyd edilib.