İş dünyasının önəmli jurnallarından biri olan “Forbes” ABŞ-ın ən zəngin adamlarının siyahısını açıqlayıb.
Ednews xəbər verir ki, siyahının başında 251 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı ünvanına sahib olan SpaceX və Tesla-nın baş direktoru İlon Mask dayanıb.
İkinci yerdə isə 151 milyard dollarla Amazon şirkətinin baş direktoru Ceff Bezos dayanıb. Amazon səhmlərinin azalması səbəbindən Bezosun sərvəti keçən illə müqayisədə 50 milyard dollar azalıb.
Siyahıda 3-cü yeri 106 milyard dollarla sərvəti 28 milyard dollar azalan Bill Qeyts tutub.
Ən diqqət çəkən dəyişiklik Facebook-un qurucusu Mark Zukerberqin tənəzzülü olub.
Ötən il 77 milyard dollar itirən Zukerberq 57 milyard dollarlıq sərvətlə 11-ci yerə düşüb.
Nəzrin Beydiyeva