BMT Təhlükəsizlik Şurasında Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi ilə bağlı "referendumlar"ı pisləyən qətnamə layihəsi səsverməyə çıxarılıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, sənəd Albaniya və ABŞ tərəfindən hazırlanıb.
Qətnamə layihəsində Rusiyaya qarşı ittihamlar qeyd olunub.
Qeyd edək ki, bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb.