Ukrayna ordusu Rusiya hücumları zamanı İranın istehsal etdiyi 8 kamikadze pilotsuz uçuş aparatını vurub.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.
Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 23-də yaydığı bəyanatda Rusiyanın Ukraynaya hücumunda İranın pilotsuz təyyarələrindən istifadə etməsinə cavab olaraq İranın bu ölkədəki səfirinin etimadnaməsini geri götürmək və diplomatlarının sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarı verdiyini açıqlayıb.
İran mediası, xüsusilə SEPAH-a bağlı mətbuat orqanları İran istehsalı olan dronların Ukraynaya qarşı hücumlarda əhəmiyyətli rol oynadığı barədə təbliğat xarakterli məlumatlar yayır.