Fransa Prezidenti Makron ölkədə hökm sürən inflyasiya ilə əlaqədar olaraq istilik enerjisinə qənaət etməyin çözümünü geyim tərzində dəyişiklik etməklə tapıb.
Ednews xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Fransa prezidenti ilk dəfə olaraq olaraq xalq qarşısına klassik tərzli köynək əvəzinə boğazlı sviterlə çıxıb.
Qeyd edək ki, bundan əvvəl Fransa Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, məmurlar pula qənaət etmək üçün bundan sonra daha isti geyinəcəklər.Ümumiyyətlə, hakimiyyət enerji istehlakını 10% azaltmağı qarşısına məqsəd qoyub.