Amerikalı elektrik avtomobil istehsalçısı “Tesla”nın səhmləri aşağı düşüb.
Ednews xəbər verir ki, şirkətin sahibi İlon Maskın “Ukrayna-Rusiya sülh”nə dair tvitindən sonra Nyu York birjasında səhmlər 8,4% aşağı düşüb.
Qeyd edək ki, Mask şəxsi “Twitter” hesabında Ukrayna-Rusiya münasibətlərinin normallaşmasına dair şərtlər irəli sürərək Ukraynanı neytral qalmağa dəvət edib.