İtaliya səfirliyi vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.
Ednews xəbər verir ki, bu barədə İtaliyanın Ukraynadakı səfirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Məlumata görə, səfirlik İtaliya vətəndaşlarını Ukraynaya getməməyə çağıraraq, onlara ölkəni tərk etməyi tövsiyə edib.
Bildirilib ki, Ukraynanın şərq və cənub bölgələrində hərbi əməliyyatlar intensivləşib və bu çağırış onların təhlükəsizliyi üçündür.