Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsinin ümumxalq səsverməsinə (referendum) çıxarılmasını təklif edib.
Ednews "Anadolu"ya istinadən xəbər verir ki, Malatya şəhərində dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edən Türkiyə lideri Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun qanunlara qadınların hicab taxıb və ya taxmamasına dair iradə azadlığını nəzərdə tutan dəyişikliklərin edilməsi təklifinə münasibət bildirib.
O bildirib ki, hicab seçimi insanın şəxsi hüququdur, bu məsələ parlamentdə həll olunmursa, xalq qərar verməlidir:
“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin", - Ərdoğan deyib.